19 fev 2024
Kofe.al
Kofe.al – Yaradıcılara Dəstək və Rəqəmsal Gəlir Platforması
Kofe.al — Azərbaycanda yaradıcı şəxslərin (bloger, dizayner, proqramist, fotoqraf və s.) öz rəqəmsal və fiziki məhsullarını təqdim edib satışa çıxara bildiyi yeni startap platformasıdır. Bu layihənin arxasında dayanır BonPara MMC, .ini komandası isə platformanın texniki tərəfdaş olaraq bütün texnoloji infrastrukturunu təmin edir.
Platformanın məqsədi nədir?
Kofe.al sadəcə "virtual kofe almaq"la məhdudlaşmır. Virtual dəstək jestləri ilə yanaşı, istifadəçi öz kontentini — e-kitab, dizayn, proqram təminatı kimi rəqəmsal məhsullarını və xidmətlərini təqdim edə, həmçinin abunəlik sistemləri vasitəsilə gəlir mənbəyi yarada bilər. Bu, Azərbaycan bazarında yaradıcı şəxslərin uzun zamandır axtardığı ehtiyacdır: yerli və beynəlxalq bazarda məhsullarını rahat satmaq.
.ini-nin təqdim etdiyi texniki xidmətlər
. ini komandası “Kofe.al” layihəsinə aşağıdakı dəstəyi verir:
-
Server təhlükəsizliyi: Platformanın server infrastrukturunu qoruyur, məlumatların gizliliyi və bütövlüyünü təmin edir.
-
Sistem idarəetməsi: IT infrastrukturunun qurulması, monitorinqi və 24/7 texniki dəstək ilə sistemin fasiləsiz və stabil işlənməsini təmin edir.
-
Modul təkmilləşdirilməsi: Gələn istifadəçi tələbatına uyğun yeni funksional modullar yaradır və platformanın inkişafını sürətləndirir.
-
Verilənlər bazası idarəetməsi: Məlumat bazalarının qurulması, optimallaşdırılması və yüksək performansla işləməsi üçün texniki monitorinq və dəstək.
-
Mobil tətbiq inkişafı: Android və iOS üçün mobil app-ların hazırlanması ilə istifadəçilərə daha rahat və səthi təklif edilir.
-
Support xidməti: Telefon, e-poçt və online kanallar vasitəsilə istifadəçilərə texniki yardım göstərilir, yaranan hər hansı problemi operativ şəkildə həll edirik.
Bu xidmətlər platformanı gücləndirir, istifadəçilərin təcrübəsini yaxşılaşdırır və sahibkarların fəaliyyətini daha effektiv edir.