Tez-tez verilən suallar
Tez-tez verilən sualların cavabları ilə aşağıda tanış ola bilərsiniz
Texniki dəstək üçün info@ini.az ünvanına e-poçt göndərin və ya müştəri xidməti qaynar xəttimizə zəng edin. Texniki dəstək komandamız həftə içi 10:00-dan 18:00-ə qədər sizə yardım etməyə hazırdır.
Məhsul və xidmətlərimiz haqqında daha ətraflı məlumatı veb saytımızın Məhsullar və Xidmətlər bölmələrindən əldə edə bilərsiniz. Həmçinin info@ini.az ünvanından və ya müştəri xidməti nömrəmizdən əlaqə saxlayaraq suallarınızı yönləndirə bilərsiniz.
Layihə təhvil verildikdən sonra mənbə kodu tam olaraq müştəriyə keçir. Kodu özünüzdə saxlaya, dəyişdirə və istədiyiniz zaman başqa komanda ilə davam etdirə bilərsiniz.
Süni intellekt və avtomatlaşdırma, veb və mobil tətbiq inkişafı, kiber təhlükəsizlik, server və bulud idarəetməsi, sistem inteqrasiyası və texniki dəstək, e-ticarət və rəqəmsal mağaza inkişafı, data və analitika xidmətləri, həmçinin oyun inkişafı. Hər xidmətin ətraflı təsviri Xidmətlər bölməsindədir.
Veb tərəfdə HTML5, CSS3, JavaScript, PHP, Laravel, Vue.js və React.js istifadə edirik. Mobil tətbiqlərdə iOS üçün Swift, Android üçün Kotlin, çoxplatformalı həllərdə isə Flutter və React Native tətbiq olunur.
Bəli. Sistem inteqrasiyası ayrıca xidmətimizdir: mövcud proqram təminatınızı, verilənlər bazalarınızı və texnologiyalarınızı bir araya gətiririk. Marketplace və e-ticarət platformaları, o cümlədən Trendyol və Temu ilə inteqrasiya təcrübəmiz var.
Süni intellekt həllərimiz müştəri xidmətləri, satış analitikası, məlumat emalı və avtomatlaşdırma sahələrində tətbiq olunur: sifariş yoxlaması, məlumat daxil etmə, sorğuların cavablandırılması kimi təkrarlanan işlər avtomatik həyata keçirilir. İndiyədək 100-dən çox real AI layihəsi həyata keçirilib.
Layihə biznes analizi və doğru platforma seçimi ilə başlayır: ehtiyaclarınızı və mövcud proseslərinizi öyrənir, sonra texniki həll təklif edirik. Başlamaq üçün Əlaqə səhifəsindən bizə yazmağınız kifayətdir.
Bəli. Texniki dəstək və davamlı inkişaf iş prosesimizin ayrıca mərhələsidir. Server və bulud xidmətlərində 24/7 monitorinq və texniki dəstək təqdim olunur.
Bəli. Həllərimiz həm lokal, həm də qlobal bazara uyğun olaraq miqyaslana bilir. Beynəlxalq logistika, satınalma və e-ticarət layihələrində, o cümlədən sərhədlərarası çatdırılma inteqrasiyalarında iştirak etmişik.