Veb və Mobil Tətbiq İnkişafı: Biznesiniz üçün Fərdi Sayt, Veb Sistem və iOS, Android Tətbiqləri

Veb və Mobil Tətbiq İnkişafı

Veb və mobil tətbiq inkişafı xidməti şirkətin ehtiyacına uyğun sayt, veb əsaslı idarəetmə sistemi və iOS, Android mobil tətbiqlərinin sıfırdan hazırlanmasıdır. ini layihəni ideyadan yayına qədər aparır və sonrakı dəstəyini də öz üzərinə götürür. Xidmət hazır şablonla həll olunmayan, öz iş prosesinə uyğun rəqəmsal məhsul istəyən şirkətlər üçündür.

Biz yalnız «görünən» sayt hazırlamırıq. Hazırladığımız sistemlərin çoxu şirkətin gündəlik işini aparır: sifariş və anbar idarəetməsi, kuryer çatdırılması, müştəri hesabları, cashback və loyallıq. Buna görə hər layihədə əsas sual dizayndan əvvəl gəlir: bu sayt və ya tətbiq hansı işi görməlidir və kim istifadə edəcək?

Sayt və tətbiq hazırlandıqdan sonra da şirkətlə qalırıq: server, təhlükəsizlik, yenilənmələr və yeni funksiyalar komandamızın nəzarətində olur. Bu, sistemin bir neçə ildən sonra da işlək və müasir qalmasını təmin edir.

Xidmətə nə daxildir

  • Korporativ və kommersiya saytları. Bütün cihazlarda düzgün görünən (responsive), sürətli yüklənən, axtarış sistemlərinə uyğun struktura malik saytlar. Lazım olduqda çoxdilli.
  • Veb əsaslı idarəetmə sistemləri. Şirkətin daxili prosesi üçün fərdi panellər: sifariş, anbar, stok, müştəri bazası (CRM), hesabat. Məsələn, ASE Stock layihəsində anbar, sifariş və müştəri idarəetməsi bir platformada birləşdirilib.
  • Mobil tətbiqlər (iOS və Android). Müştəri tətbiqləri, kuryer tətbiqləri, anbar əməkdaşları üçün tətbiqlər. Tətbiq adətən şirkətin mövcud sisteminə bağlı işləyir və məlumatı ondan alır.
  • E-ticarət və onlayn satış. Onlayn mağaza, səbət, onlayn ödəniş, kuryer inteqrasiyası. Hazır platformamız: .iniShop.
  • UX/UI dizayn. İstifadəçinin yolunun planlanması, interfeys dizaynı, prototip.
  • Tətbiqlərin App Store və Google Play-ə yerləşdirilməsi. Mağazaların tələblərinə uyğunlaşdırma və yayım.
  • Dəstək və inkişaf. Yayımdan sonra xətaların düzəldilməsi, yeni funksiyaların əlavə edilməsi, server və təhlükəsizlik nəzarəti.

İstifadə olunan texnologiyalar layihəyə görə seçilir. Veb tərəfdə Laravel, Vue.js və React, mobil tərəfdə Swift (iOS), Kotlin (Android), həmçinin bir kod bazası ilə hər iki platforma üçün Flutter və React Native istifadə olunur.

İş necə gedir

Layihənin müddəti funksiyaların sayından, dizaynın mürəkkəbliyindən və başqa sistemlərlə inteqrasiyadan asılıdır. Sadə korporativ sayt fərdi idarəetmə sistemi və ya mobil tətbiqdən xeyli qısa çəkir. Ümumi ardıcıllıq belədir:

  1. Tələblərin müəyyən edilməsi. Sayt və ya tətbiqin məqsədi, istifadəçiləri və əsas funksiyaları yazılır. Şirkətdən layihəyə cavabdeh şəxs, mövcud materiallar (loqo, mətnlər, nümunələr) və qoşulacaq sistemlər haqqında məlumat tələb olunur.
  2. Struktur və dizayn. Səhifələrin və ekranların strukturu, sonra vizual dizayn hazırlanır və şirkətlə təsdiqlənir. Proqramlaşdırma təsdiqlənmiş dizayn əsasında başlayır ki, sonradan böyük dəyişiklik lazım olmasın.
  3. Proqramlaşdırma. İş hissə-hissə aparılır və hazır olan hissələr şirkətə göstərilir. Ödəniş, anbar, CRM və ya digər sistemlərlə inteqrasiyalar bu mərhələdə qurulur.
  4. Test. Funksiyalar müxtəlif cihaz və brauzerlərdə yoxlanılır. Şirkətin əməkdaşları real ssenarilərlə sınaq aparır, qeydlər düzəldilir.
  5. Yayım. Sayt serverə yerləşdirilir, tətbiqlər App Store və Google Play-ə göndərilir. Əməkdaşlara idarəetmə paneli üzrə izah verilir.
  6. Dəstək. Yayımdan sonra sistemin işləməsi izlənir, xətalar düzəldilir və yeni ehtiyaclara görə funksiyalar əlavə olunur.

Kimlər üçün uyğundur

  • Logistika və karqo şirkətləri: müştəri kabineti olan sayt, anbar sisteminə bağlı tətbiq, kuryer tətbiqi.
  • Pərakəndə və e-ticarət: onlayn mağaza, mobil sifariş tətbiqi, cashback və loyallıq sistemi.
  • İaşə və xidmət şirkətləri: sifariş və çatdırılma tətbiqləri.
  • İstehsal və distribusiya: anbar, stok və sifariş idarəetməsi üçün veb sistemlər.
  • Startaplar: ideyanı ilk işlək versiya ilə yoxlamaq istəyən komandalar.

Əgər şirkətinizin prosesi hazır platformaya sığmırsa, işin bir hissəsi hələ də Excel və ya kağız üzərində aparılırsa, ya da müştəriləriniz sizinlə telefondan daha rahat əlaqə saxlamaq istəyirsə, fərdi veb sistem və ya mobil tətbiq doğru addımdır.

Hazırladığımız layihələrdən nümunələr: Limak.az üçün anbar və kuryer idarəetmə sistemlərinə bağlı mobil tətbiqlər, Morex üçün Azərbaycandaxili karqo sistemi, ASE Stock üçün stok, sifariş və müştəri idarəetməsi platforması, Bon.az üçün onlayn alış-veriş kəşbək sistemi, Kofe.al üçün yaradıcılara dəstək platforması. Bu layihələrin hər birində sayt və ya tətbiq ayrıca məhsul kimi deyil, şirkətin mövcud işinin davamı kimi qurulub.

Tez-tez verilən suallar

Hazır şablon sayt, yoxsa fərdi hazırlanma?

Məqsəd sadəcə şirkəti tanıtmaqdırsa, standart sayt kifayət edə bilər. Sayt və ya tətbiq sifariş, anbar, müştəri hesabı kimi daxili prosesləri aparmalıdırsa, fərdi hazırlanma daha uyğundur, çünki sistem şirkətin işinə uyğunlaşır, şirkət sistemə yox.

Mobil tətbiq həm iOS, həm də Android üçün hazırlanır?

Bəli. Layihəyə görə ya hər platforma üçün ayrıca, ya da bir kod bazası ilə hər ikisi üçün (Flutter, React Native) hazırlanır. Seçim funksiyalara, büdcəyə və gələcək inkişaf planına görə edilir.

Sayt və ya tətbiq mövcud sistemlərimizlə işləyəcəkmi?

Bəli. Ödəniş sistemi, CRM, anbar, mühasibat və digər proqramlarla inteqrasiya layihənin bir hissəsi kimi planlanır ki, məlumat bir yerdə daxil edilib hər yerdə görünsün.

Hazırlanmadan sonra dəstək verilirmi?

Bəli. Yayımdan sonra xətaların düzəldilməsi, yenilənmələr, server nəzarəti və yeni funksiyaların əlavə edilməsi davam edir. Dəstəyin həcmi şirkətlə ayrıca razılaşdırılır.

Müraciət et!

Müasir həllər ilə layihələrinizi böyüdün!