Mirismayıl Ağalarov

Mirismayıl
Ağalarov

Təsisçi və Direktor

Mirismayıl Ağalarov ini.az proqram təminatı şirkətinin təsisçisi və direktorudur. O, şirkəti 2023-cü ildə yaradıb və bu gün onun strateji inkişafına, bütün fəaliyyət istiqamətləri üzrə idarəetməyə rəhbərlik edir. İT sahəsində təxminən 5 illik təcrübəsi var. ini.az-ı təsis etməzdən əvvəl özəl sektorda biznes analitik (BA), İT biznes analitiki, Product Owner (PO), Project Manager (PM) və direktor vəzifələrində çalışıb. Analitika, məhsul idarəetməsi və layihə rəhbərliyini əhatə edən bu təcrübə ona biznes ehtiyaclarını texniki həllərə çevirməyə imkan verir.

Mirismayıl Ağalarovun rəhbərliyi ilə ini.az özəl sektorda bir neçə sahə üzrə rəqəmsal həllər təqdim edir. Bunlara sürətli poçt və kuryer, beynəlxalq yükdaşıma və anbarlama, təhsil, e-commerce, süni intellekt (Sİ) əsaslı müştəri xidməti və satış həlləri daxildir. Şirkət hazırda böyümə strategiyasını həyata keçirir və dövlət qurumları üçün onların tələblərinə uyğun pilot layihələr hazırlayır.

Bu strategiyanın əsas istiqamətlərindən biri ini.az-ın öz daxili server infrastrukturunu yaratmasıdır. Bu infrastruktur özəl və dövlət sektoru üçün həssas məlumatların kənar serverlərə çıxmasının qarşısını alır və məlumat təhlükəsizliyini təmin edir. Şirkətin yaxın hədəfləri texnopark rezidentliyi əldə etmək və dövlət sektorunda etibarlı tərəfdaş kimi tanınmaqdır.

“ini.az yalnız özəl sektordakı mövcud fəaliyyət istiqamətləri ilə məhdudlaşmır. Biz dövlət qurumlarının ehtiyaclarına və tələblərinə uyğun pilot layihələr hazırlayırıq. Öz daxili serverlərimizi qurmaqla həm özəl, həm də dövlət sektoru üçün vacib məlumatları kənara çıxma riskindən qoruyuruq. Azərbaycan bazarında bu prosesi həyata keçirən şirkətlərin sayı hələ azdır.”

— Mirismayıl Ağalarov, ini.az təsisçisi və direktoru

İzlə :

Müraciət et!

Müasir həllər ilə layihələrinizi böyüdün!