.
İ
N
İ

language

Play

Dəstək xidməti +994 99 399 04 04

Əlaqə

shape shape

Data və Analitika Xidmətləri

Data və Analitika Xidmətləri

İni olaraq şirkətlərin sahib olduğu məlumatları oxunaqlı, ölçülə bilən və idarəolunan formaya salırıq. Satış, müştəri davranışı, əməliyyatlar və performans göstəriciləri real vaxtda izlənilir və analiz olunur.

Data Analitika xidmətlərində AI dəstəyi ilə nə qazanırsınız?

Məlumatlar bir yerdə toplanır

Satış, müştəri, marketinq və əməliyyat məlumatlarını fərqli sistemlərdən çıxarıb bir mərkəzdə birləşdiririk. Artıq Excel axtarmağa ehtiyac qalmır.

Satış və performans analizi

Hansı məhsul satılır, hansı kampaniya işləyir, harada itki var – hamısı rəqəmlərlə və faktlarla görünür.

Daha düzgün qərarlar

Şəxslərin hisslərinə görə yox, real məlumatlara əsaslanan qərarlar verməyə kömək edirik. Bu da riskləri azaldır, nəticəni artırır.

Real vaxtda nəzarət

Biznesinizdə nə baş verdiyini bu gün yox, hətta bu saniyə də görə bilirsiniz. Gecikmiş qərar problemi aradan qalxır.

 

Data və Analitika Xidmətləri Real Nəticələrlə

INI olaraq biz data analitikanı sadəcə hesabat hazırlamaq üçün yox, biznes qərarlarını gücləndirmək və real nəticə yaratmaq üçün qururuq. Hər bir analitika layihəsi konkret problem üzərindən formalaşır və ölçülə bilən nəticə verir.

 E-commerce şirkəti – Satış Analitikası

E-commerce platforması üçün satış, məhsul və müştəri davranışlarını əhatə edən interaktiv dashboard quruldu.

Nəticə:

Zəif satılan məhsullar data əsasında müəyyən edildi

Marketinq kampaniyaları optimallaşdırıldı

Doğru məhsullar ön plana çıxarıldı

Satışlar 25% artdı

 

Logistika şirkəti – Əməliyyat Analitikası

Sifariş axını, gecikmələr və çatdırılma prosesləri detallı şəkildə analiz olundu.

Nəticə:

Riskli gecikmələr öncədən görünməyə başladı

Marşrut və əməliyyat xərcləri optimallaşdırıldı

Əməliyyat xərcləri 20% azaldıldı

 

AI Chatbot istifadə edən şirkət – Müştəri Davranışı Analizi

AI chatbot-un müştərilərlə apardığı minlərlə real dialoq data kimi analiz edildi.

Nəticə:

Müştərilərin ən çox verdiyi suallar aşkarlandı

Alışdan imtina səbəbləri müəyyən edildi

Maraqlı məhsul və xidmətlər data əsasında seçildi

Konversiya faizi (Sayta daxil olan istifadəçilərin real müştəriyə çevrilmə faizi) artdı, müştəri məmnuniyyəti 70% yüksəldi

 

Korporativ şirkət – İdarəetmə və Hesabat Paneli

Rəhbərlik üçün real vaxtda işləyən analitika paneli hazırlandı.

Nəticə:

Qərarlar aylıq hesabatlara yox, canlı dataya əsaslandı

Risklər və imkanlar dərhal görünməyə başladı

 Daha sürətli və dəqiq idarəetmə sistemi yarandı

 

Niyə Data Analitika Hər Biznes üçün Vacibdir?

Çünki data danışır, təxminlər yox

Çünki doğru qərar = ölçülə bilən nəticə

Çünki data olmayan biznes risk altındadır

INI olaraq biz raw datanı biznes dəyərinə çeviririk.

 

Müraciət et!

Müasir həllər ilə layihələrinizi böyüdün!