Sistem İnteqrasiyası və Texniki Dəstək
Sistem İnteqrasiyası və Texniki Dəstək
İni olaraq biz fərqli platforma və proqramları vahid, problemsiz işləyən bir sistemə çeviririk. Sistem inteqrasiyası sayəsində biznesinizdə istifadə olunan bütün texnoloji həllər bir-biri ilə əlaqəli çalışır, məlumat itkisi və əl əməyinə ehtiyac azalır.
Biz yalnız daxili proqramları yox, həm də böyük beynəlxalq e-commerce platformalarını biznes sistemlərinizə inteqrasiya edirik. Məqsədimiz bütün satış kanallarını bir mərkəzdən idarə olunan, avtomatik və şəffaf sistemə çevirməkdir.
Sistem İnteqrasiyası Nədir?
Sadə dillə desək, sistem inteqrasiyası:
· CRM
· ERP
· E-commerce platformaları
· Ödəniş sistemləri
· AI chatbotlar
· Anbar, logistika və mühasibat sistemləri
kimi fərqli texnologiyaların bir-biri ilə avtomatik və sinxron işləməsidir.
Marketplace və E-commerce Sistem İnteqrasiyaları
Trendyol, Temu və digər marketplace inteqrasiyaları
Bir çox şirkətdə:
· Marketplace sifarişləri ayrı paneldə
· Stok və qiymətlər əl ilə yenilənir
· Satış məlumatları parçalanmış vəziyyətdə olur
Həllimiz:
Trendyol, Temu və digər böyük e-commerce platformaları:
· əsas e-commerce saytı
· anbar və stok sistemi
· mühasibat və ERP
· CRM və satış panelləri
ilə tam inteqrasiya edildi.
Nəticə:
· Sifarişlər avtomatik sistemə düşdü
· Stok və qiymətlər bütün platformalarda sinxron işləməyə başladı
· Satış məlumatları vahid dashboard-da toplandı
İnsan faktoru azaldı, satış prosesi sürətləndi
Sistem İnteqrasiyaları
Marketplace + Anbar + Mühasibat Sistemi
Bir e-commerce şirkəti Trendyol və Temu üzərindən satış edirdi.
İnteqrasiya nəticəsində:
· Marketplace sifarişləri avtomatik anbara ötürüldü
· Stok real vaxtda yeniləndi
· Mühasibat uçotu avtomatik aparıldı
Əməliyyat xərcləri azaldı, səhvlər minimuma endi
AI Chatbot + Marketplace Satış Axını
AI chatbot marketplace-dən gələn müştərilərlə əlaqələndirildi.
Nəticə:
· Süni intellekt əsaslı chatbot müştərilərə sifariş statusu, çatdırılma və məhsul məlumatı verdi
· Müştəri məlumatları CRM-ə ötürüldü
· Təkrar suallar avtomatik cavablandırıldı
Müştəri məmnuniyyəti və satış sonrası xidmət yaxşılaşdı
Texniki Dəstək Xidmətləri
INI texniki dəstək komandası sistemlərin dayanıqlı, təhlükəsiz və fasiləsiz işləməsini təmin edir.
Texniki dəstəyə daxildir:
· Sistemlərin monitorinqi və nəzarəti
· Texniki nasazlıqların operativ həlli
· Server və bulud mühitinin dəstəyi
· Təhlükəsizlik və performans yoxlamaları
· Yenilənmələr və sistem optimizasiyası
· İstifadəçi dəstəyi və texniki konsultasiya
Niyə Ini?
· Marketplace və e-commerce üzrə real inteqrasiya təcrübəsi
· AI, anbar, mühasibat və satış sistemlərinin birləşdirilməsi
· Texniki deyil, satış və əməliyyat nəticələrinə fokus
· Uzunmüddətli texniki dəstək və tərəfdaşlıq
INI ilə biznesiniz tək platformaya bağlı qalmır, bütün kanallarda sinxron işləyir.