.
İ
N
İ

language

Play

Dəstək xidməti +994 99 399 04 04

Əlaqə

shape shape

BÖYÜK DATALARIN ANALİTİKASI VƏ HƏLLƏRİ

BÖYÜK DATALARIN ANALİTİKASI VƏ HƏLLƏRİ

Big datanın mənasını izah edən bir çox tərif var, lakin ümumi olaraq, hər tərifin ortaq nöqtəsi big datanın iş prosesində yaradılan çox sayda işlənməmiş və emal olunmamış məlumatla məşğul olmasıdır. Məsələn, veb-sayta big data yönündən baxsaq, veb-sayta hər bir daxil olma, elektron poçtun açılması, əməliyyatların edilməsi və s. ilə gətirilən çoxlu məlumatların təhlili deməkdir. Bu mövzuda toplanan məlumatlar biznesi inkişaf etdirmək məqsədilə düzgün biznes strategiyasını müəyyənləşdirmək və dəyişikliklər etmək üçün təhlil edilə bilər. Hər hansı bir şirkətin uzunmüddətli müvəffəqiyyəti üçün bu çox vacibdir.

Big Data-nın biznesdə yaradılan böyük həcmli informasiya toplusundan ibarət olduğunu söyləmək mümkündür. Lakin informasiyanın miqdarı şirkətlərin onunla necə davranacağı qədər əhəmiyyətli deyildir. Big Datanın köməyi ilə şirkətlər daha yaxşı qərarlar qəbul etmək və ya stratejik davranmaq üçün lazım olan məlumatları əldə edə bilərlər.

Son illərdə multimedia fayllar, Cloud, smartfonlar və sosial şəbəkələrin böyüməsi səbəbindən Big Data texnologiyasında artım olub. Təşkilatlar strukturlaşdırılmamış datadan lazımi emal məlumatları və ya müştərilər və biznes üçün faydalı informasiyanı almaq üçün Big Data İdarə həll yollarından istifadə edirlər.

 Big Data İdarə həlləri şirkətlərə real vaxtda yüzlərlə müxtəlif mənbələrdən cürbəcür məlumatların istifadəsinə imkanı verir. Müştəriyə daha yaxşı marketinq təkliflərinin təqdim edilməsi və onunla daha effektiv qarşılıqlı əlaqənin qurulması şirkətin müştəri ilə daha uzun və daha faydalı əlaqələr əldə etməsinə gətirib çıxarır. Bu da öz növbəsində müştərinin şirkətə olan öhdəçiliyini artırır.

Qabaqcıl Big Data Analitika həlləri ilə hazırlanan Big Data Analitikası təşkilatlara bütün müştəri profillərini təqdim edərək onları əlaqə qurduğu hər bir nöqtədə daha çox spesifikləşdirilmiş müştəri təcrübələri ilə təmin edir.

müştərilər və onların əməliyyatlarına dair dərin biliklər əldə edən təşkilatlar üçün müştəri haqqında qlobal bir anlayış yaradır.

Müraciət et!

Müasir həllər ilə layihələrinizi böyüdün!