ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİ VƏ KİBER TƏHDİDLƏRİN TƏHLİLİ
Şəbəkə təhlükəsizliyi xidmətləri korporativ şəbəkələrin təhlükəsizliyini təmin etmək üçün müxtəlif texnologiyalardan, metodlardan və strategiyalardan istifadə etməklə şəbəkəyə zərər vurmaq istəyən təhdidlərin qarşısını almaq və aşkar etmək məqsədi daşıyan xidmətlərdir.
Şəbəkə təhlükəsizliyi xidmətləri müəssisələrin korporativ məlumatlarının və müştəri məlumatlarının təhlükəsizliyini təmin etmək, öz reputasiyalarını qorumaq, qanuni öhdəliklərini yerinə yetirmək və işin davamlılığını təmin etmək üçün vacibdir.
Biz İNİ İT komandası olaraq şəbəkə təhlükəsizliyi üzrə peşəkar xidmətlər təklif edirik. Mütəxəssis komandamız və innovativ texnologiyalarla müştərilərimizin şəbəkələrini ən yüksək səviyyədə qoruyuruq. Məlumat təhlükəsizliyi, avtorizasiya, autentifikasiya və müdaxilənin aşkarlanması kimi xidmətlərimizlə müştərilərimizin işini təmin edirik. Sürətli və effektiv müdaxilələrimizlə biz şəbəkəniz üçün hər hansı təhlükənin qarşısını alır, işin davamlılığını və təhlükəsizliyini təmin edirik.